Tanınmış aktyor 64 yaşında VƏFAT ETDİbackend

Tanınmış aktyor 64 yaşında VƏFAT ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva İncəsənət Teatrı məktəb-studiyasının rektoru İqor Zolotovitski vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Rusiyanın mədəniyyət sahəsində ağır itki üz verib.

Məlumata görə, MXAT (Moskva İncəsənət Teatrı) məktəb-studiyasının rektoru, tanınmış aktyor İqor Zolotovitski 64 yaşında dünyasını dəyişib.

Sənətçinin ölümünə onkoloji xəstəliyin (xərçəngin) səbəb olduğu bildirilir.

Qeyd edək ki, aktyor karyerası ərzində 80-dən çox layihədə rol alaraq geniş tanınmışdı.

Xuraman Etibarlı

İnterpress.az