Səudiyyə Ərəbistanının ən yaşlı sakini Nasir əl-Vədai 142 yaşında vəfat edib.
İnterpress.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı mətbuatı məlumat yayıb.
Krallığın ən yaşlı sakini hesab edilən Nasir əl-Vadai 142 yaşında dünyasını dəyişib.
Qohumlarının bildirdiyinə görə, əl-Vadai 1884-cü ildə Dəhran əl-Cənub bölgəsində anadan olub.
O, hələ Ərəbistan yarımadasının müxtəlif regionlarının vahid dövlət – Səudiyyə Ərəbistanı Krallığı formasında birləşməsindən əvvəl dünyaya gəlib.
Nasir əl-Vadai krallığın banisi Əbdüləzizdən tutmuş indiki hökmdar Kral Salmana qədər bir neçə Səudiyyə monarxının hakimiyyəti dövründə yaşayıb və ölkənin tarixinə şahidlik edib.
Xuraman Etibarlı
İnterpress.az






