Fransa ABŞ təhdidlərinə qarşı hərbi missiyada iştirak edəcək.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Fransa ABŞ tərəfindən gələn təhdidlərə cavab olaraq təşkil edilən Avropa hərbi missiyasında iştirak edəcəyini açıqlayıb.
Məlumata görə, bu missiya çərçivəsində hərbi qüvvələrin Qrenlandiyaya yeridilməsi nəzərdə tutulur.
Fransadan əlavə, Almaniya, İsveç və Norveç də öz hərbçilərini Qrenlandiyaya göndərəcək.
Xuraman Etibarlı
İnterpress.az






