Gənclərin təhlükəli ŞOUSU: Özünü yandırıb suya tullanmaq istədi, buzun üstünə DÜŞDÜ – VİDEObackend

Gənclərin təhlükəli ŞOUSU: Özünü yandırıb suya tullanmaq istədi, buzun üstünə DÜŞDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənc özünü yandırıb suya tullanmaq istədi, amma buzun üstünə düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bir qrup gənc effektli və baxımlı video çəkmək qərarına gəlib. Plana əsasən, onlardan biri özünü yandırmalı və dərhal buzlu suya baş vurmalı idi.

Plan mükəmməl görünsə də, bir amil nəzərə alınmayıb – buzun sürüşkən olması.

Nəticədə özünü yandıran “fokusçu” sürüşərək suya vaxtında tullana bilməyib və gözlənilməz fəsadlarla üzləşib.

Buna baxmayaraq, bəzi sosial şəbəkə istifadəçiləri vəziyyəti müsbət qarşılayıblar.

Onlar videoya “Evdə kompüter arxasında oturmaqdan daha yaxşıdır!” şəklində şərhlər yazıblar.

Xuraman Etibarlı

İnterpress.az