Rusiyada polis binasında qumbara PARTLADI: 12 nəfər YARALANDIbackend

Rusiyada polis binasında qumbara PARTLADI: 12 nəfər YARALANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sıktıvkarda DİN-in tədris mərkəzində partlayış baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyanın Sıktıvkar şəhərində Daxili İşlər Nazirliyinin (DİN) Peşə Hazırlığı Mərkəzinin binasında yanğın və partlayış baş verib.

Son məlumatlara görə, hadisə nəticəsində xəsarət alanların sayı 12 nəfərə yüksəlib.

Məlumata əsasən, hadisəyə işıq-səs qumbarasının partlaması səbəb olub, nəticədə binanın dam örtüyü alışıb. Yaralılardan 4 nəfərin vəziyyətinin olduqca ağır olduğu bildirilir.

Polis hazırda hadisənin bütün təfərrüatlarını aydınlaşdırmaq üçün yoxlamalar aparır. Yanğının lokallaşdırıldığı qeyd olunub.

Xuraman Etibarlı

İnterpress.az