Böyük Britaniya səfiri Tehranı tərk edib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Böyük Britaniyanın İrandakı səfiri Tehranı tərk edib.
Diplomatın ölkədən ayrılmasının səbəbləri barədə hələlik ətraflı rəsmi açıqlama verilməyib.
Səfirin gedişinin məsləhətləşmələr üçün çağırış, yoxsa təhlükəsizlik tədbirləri ilə bağlı olduğu dəqiqləşdirilmir.
Hadisənin regionda artan gərginlik fonunda baş verməsi diqqət çəkir.
Xuraman Etibarlı
İnterpress.az






