ABŞ üçün əsl təhlükə BMT və NATO-dur – Trampdan ŞOK PAYLAŞIM – FOTObackend

ABŞ üçün əsl təhlükə BMT və NATO-dur – Trampdan ŞOK PAYLAŞIM – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp hesab edir ki, ABŞ üçün real təhlükə Rusiya deyil, BMT və NATO-dur.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında BMT və NATO-nu hədəf alan qalmaqallı bir mesajı paylaşıb (repost edib).

Trampın bölüşdüyü mesajda bildirilir ki, Amerika Birləşmiş Ştatları üçün əsl rəqiblər və təhlükələr məhz Birləşmiş Millətlər Təşkilatı (BMT) və Şimali Atlantika Müqaviləsi Təşkilatıdır (NATO).

Paylaşımda qeyd olunur: “Çin və Rusiya sadəcə qorxulu nağıllardır (xofdur), real təhlükə isə BMT və NATO-dur”.

Bu addım Trampın beynəlxalq alyanslara qarşı sərt mövqeyinin növbəti göstəricisi kimi qiymətləndirilir.

Xuraman Etibarlı

İnterpress.az