İspaniyada ikinci QATAR QƏZASI: Ölən və yaralananlar var – FOTObackend

İspaniyada ikinci QATAR QƏZASI: Ölən və yaralananlar var – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyada bir həftədə ikinci qatar qəzası baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

İspaniyada son bir həftə ərzində ikinci dəmir yolu qəzası qeydə alınıb. Barselona yaxınlığında divarın uçması nəticəsində sərnişin qatarı relsdən çıxıb.

Yerli KİV-in məlumatına görə, hadisə nəticəsində bir nəfər həlak olub, 15-ə yaxın insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xatırladaq ki, bundan əvvəl, yanvarın 18-də Kordoba əyalətində qatarların iştirakı ilə baş verən qəzada 42 nəfər həyatını itirmişdi.

Xuraman Etibarlı

İnterpress.az