Almaniyada “DXR” və “LXR”ə dron göndərən qaçaqmalçılar saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Almaniyanın Brandenburq torpağında Rusiya və Almaniya vətəndaşları saxlanılıb.
Onlar Ukraynanın şərqindəki rusiyameyilli silahlı birləşmələrə çoxillik dəstək verməkdə şübhəli bilinirlər.
Almaniya Federal Prokurorluğunun məlumatına görə, söhbət qondarma “DXR” və “LXR” qurumlarına yardımdan gedir.
İstintaq hesab edir ki, hər iki şəxs 2016-cı ildən bəri fəaliyyət göstərən təşkilatda əsas mövqeləri tutublar.
Onlar humanitar yardım adı altında qondarma respublikalara təkcə dərman və təchizat deyil, həm də pilotsuz uçuş aparatları (PUA) göndəriblər. Bu dronlar Ukrayna ordusuna qarşı vuruşan separatçılar üçün nəzərdə tutulub.
Qeyd edək ki, Almaniyada “DXR” və “LXR” terror təşkilatları kimi təsnif edilir. Saxlanılan şəxslərə bu birləşmələrlə əməkdaşlıq üzrə bir neçə epizod ittiham olunur, faktla bağlı araşdırma davam edir.
Xuraman Etibarlı
İnterpress.az






