ABŞ-də helikopter qəzaya uğrayıb.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
ABŞ-nin Yuta ştatında helikopter qəzası baş verib. Hadisə Timber Leyk gölü rayonunda qeydə alınıb.
Məlumata görə, “Bell 206L-1 LongRanger II” modelli helikopter qəzaya uğrayaraq yerə düşüb.
Təəccüblü məqam odur ki, bu ağır qəzadan göyərtədə olan 4 nəfərin hamısı sağ çıxıb.
Onlardan biri ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Digər üç nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.
Xuraman Etibarlı
İnterpress.az






