Ermənistanda əsgər ölümünə görə HƏBS: İstintaq Komitəsi MƏLUMAT YAYIDIbackend

Ermənistanda əsgər ölümünə görə HƏBS: İstintaq Komitəsi MƏLUMAT YAYIDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda əsgər ölümünə görə  bir nəfər həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Ermənistan İstintaq Komitəsi yanvarın 14-də hərbi qulluqçunun ölümü faktı ilə bağlı bir şübhəlinin həbs edildiyini açıqlayıb.

Qurum eyni zamanda yerli kütləvi informasiya vasitələrindən birində məsələ ilə bağlı yayılan məlumatları təkzib edib.

Bildirilib ki, mediada yer alan bəzi iddialar həqiqəti əks etdirmir və istintaq çərçivəsində rəsmi mənbələrə istinad edilməlidir.

Xatırladaq ki, yanvarın 14-də, saat 09:50 radələrində, Ermənistan ordusunun hərbi qulluqçusu Vahan Xaçatur Petrosoyanın cəsədi odlu silah yarası almış vəziyyətdə aşkar edilib.

Xuraman Etibarlı

İnterpress.az