İnternetdə Kamçatkadakı doqquzmərtəbəli qar yığınlarının süni intellektlə çəkilmiş videoları yayılıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xarici media orqanları Kamçatkada doqquzmərtəbəli bina hündürlüyündə qar yığınlarını əks etdirən süni intellekt videolarını həqiqət kimi təqdim edir.
Bu görüntülər “TikTok” və “Twitter”də milyonlarla baxış toplayaraq viral olub.
Məsələn, 232 min izləyicisi olan “The MES Times” nəşri belə bir video paylaşıb.
İstifadəçilər görüntülərin neyron şəbəkələr vasitəsilə hazırlandığını qeyd etdikdə isə nəşr bunu etiraf etməkdən boyun qaçırıb.
Onlar istifadəçilərə “Bu, sadəcə Kamçatkadır, izləyicilər bunu başa düşmür” deyə cavab verərək saxta görüntüləri müdafiə ediblər.

Xuraman Etibarlı
İnterpress.az






