Ermənistanda hərbi komissarlığın şöbə rəisi HƏBS EDİLDİ – Rüşvət QALMAQALIbackend

Ermənistanda hərbi komissarlığın şöbə rəisi HƏBS EDİLDİ – Rüşvət QALMAQALI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda hərbi komissarlığın şöbə rəisi həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat katibi Marina Ohandjanyan bildirib.

Ermənistanın Armavir vilayətində Müdafiə Nazirliyinin hərbi komissarlığının bölmə rəisi həbs olunub. 

Komitə Armavir hərbi komissarlığının vəzifəli şəxsi və daha üç nəfər barəsində cinayət təqibinin başlandığını elan edib.

İstintaqın məlumatına görə, məmur rüşvət müqabilində vətəndaşların təlim toplanışlarından qanunsuz azad edilməsini təşkil edib.

Məhkəmə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatəti təmin edib.

Xuraman Etibarlı

İnterpress.az