Avropa Parlamenti SEPAH-ı terror təşkilatı elan edib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
Avropa Parlamenti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınması barədə qərar qəbul edib.
Qərar deputatların böyük səs çoxluğu ilə təsdiqlənib.
Səsvermənin nəticələrinə əsasən, Avropa qanunvericiləri SEPAH-ın Avropa İttifaqının terrorçular siyahısına daxil edilməsini tələb ediblər.
Bu addım İranla Qərb arasındakı münasibətlərdə ciddi gərginlik yaradacaq siyasi həmlə kimi qiymətləndirilir.
Xuraman Etibarlı
İnterpress.az






