Tatarıstanda məktəbli kimyəvi maddəni yoldaşlarının içkisinə qatıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Tatarıstanda məktəbli oyuncaq kimya dəstindən götürdüyü reaktivləri məktəbə gətirərək sinif yoldaşlarının içkisinə qatıb.
Hadisə Kuyuki kəndindəki “Alqoritm” liseyində baş verib. Həmin “ixtiraçı”nın 7-ci sinif şagirdi olduğu bildirilir.
Hazırlanan qarışığı içən uşaqlar zəhərlənərək xəstəxanaya yerləşdiriliblər. Hazırda onların həyatı üçün heç bir təhlükə yoxdur.
Hüquq-mühafizə orqanlarının əməkdaşları azyaşlı “kimyaçı” ilə ciddi söhbət aparıblar.

Xuraman Etibarlı
İnterpress.az






