“Intel”adi kompüterlər üçün prosessorların sayını azaldacaq.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
“Intel” şirkəti adi fərdi kompüterlər üçün nəzərdə tutulan prosessorların istehsal həcmini azaltmaq qərarına gəlib.
Məlumata görə, şirkət bundan sonra əsas diqqəti süni intellekt data-mərkəzləri üçün zəruri olan “Intel Xeon” və digər prosessorlara yönəldəcək. Prioritetin dəyişməsi istehsal gücünün bu istiqamətə köçürülməsi ilə əlaqədardır.
Bildirilir ki, “Intel” hələlik məşhur “Core” seriyasından tamamilə imtina etmək niyyətində deyil.
Lakin istehsalın azalması səbəbindən bazarda prosessor qıtlığının yaranacağı və bunun da qiymətlərin bahalaşmasına səbəb olacağı proqnozlaşdırılır.
Xuraman Etibarlı
İnterpress.az






