Krasnoyarskda 10 yaşlı qız qazıdığı qar tunelinin altında qalaraq vəfat edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Krasnoyarskda bədbəxt hadisə nəticəsində 10 yaşlı məktəbli qız həyatını itirib. Hadisə Beryozovka qəsəbəsində baş verib.
Azyaşlı evlərinin yaxınlığında təkbaşına oynayarkən böyük qar yığınında tunel qazmağa başlayıb. Bir müddət sonra qar kütləsi uçaraq tunelin girişini bağlayıb.
Qız oradan çıxa bilməyib və havasızlıqdan boğularaq ölüb. Daha sonra valideynləri qızın əşyalarını qazılmış qarın yanında tapıblar.
Faktla bağlı “Ehtiyatsızlıqdan ölümə səbəb olma” maddəsi ilə cinayət işi başlanıb.
Xuraman Etibarlı
İnterpress.az






