Xərçəng şişlərini və metastazları tamamilə məhv edən üsul tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
Alimlər xərçənglə mübarizədə yeni və olduqca effektiv üsul aşkar ediblər. Bu yeni metod şişləri və metastazları tamamilə məhv etmək qabiliyyətinə malikdir.
Yeni terapiya “Troya atı” prinsipi əsasında işləyir – xüsusi hüceyrələr şişin daxilinə nüfuz edərək onu içəridən dağıdır.
Dərman xərçəngin bütün növlərinə, hətta sarkoma və ya mədəaltı vəz xərçəngi kimi ən təhlükəli və müalicəsi çətin olan növlərə qarşı da təsirli olur.
Metod heyvanlar üzərində aparılan sınaqlarda 100 faizlik uğurlu nəticə göstərib.
Yaxın gələcəkdə texnologiyanın insanlar üzərində sınaqlarına başlanılması planlaşdırılır.
Xuraman Etibarlı
İnterpress.az






