İsrail Baş naziri smartfonunun kamerasını bağlayır.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Jurnalistlər İsrailin Baş naziri Benyamin Netanyahunun telefonunda maraqlı bir detal müşahidə ediblər. Belə ki, Baş nazirin smartfonunun kamerası xüsusi lentlə yapışdırılıb.
Məlumata görə, bu addım yüksək səviyyəli təhlükəsizlik tədbirləri çərçivəsində atılıb.
Məqsəd xüsusi əhəmiyyət kəsb edən məkanlarda və məxfi görüşlər zamanı kiber-casusluq və izlənilmə hallarının qarşısını almaqdır.
Ekspertlər qeyd edir ki, dövlət rəsmiləri kənar müdaxilə vasitəsilə kameranın məsafədən idarə olunması riskini belə sadə, lakin effektiv üsulla sığortalayırlar.

Xuraman Etibarlı
İnterpress.az






