Qatil polisləri ATƏŞƏ TUTDU: Çerkassıda 4 zabit ÖLDÜRÜLDÜ – FOTObackend

Qatil polisləri ATƏŞƏ TUTDU: Çerkassıda 4 zabit ÖLDÜRÜLDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çerkassıda xüsusi əməliyyat zamanı 4 polis zabiti həlak olub.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.

Ukraynanın Çerkassı vilayətində qətldə şübhəli bilinən şəxsin saxlanılması üçün keçirilən əməliyyat faciə ilə nəticələnib.

Şübhəli şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb.

Atışma zamanı polis xüsusi təyinatlı bölməsinin dörd döyüşçüsü həlak olub. Onların hər birinin zabit olduğu bildirilir.

Hadisə zamanı daha bir polis əməkdaşı isə yaralanıb. Xüsusi əməliyyat nəticəsində cinayətkar zərərsizləşdirilib.

Xuraman Etibarlı

İnterpress.az