NASA təyyarəsi Texasda gövdə üzərinə ENİŞ ETDİ: Şassilər AÇILMADI – VİDEObackend

NASA təyyarəsi Texasda gövdə üzərinə ENİŞ ETDİ: Şassilər AÇILMADI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NASA təyyarəsi Texasda gövdə üzərinə eniş edib, şassilər açılmayıb.

İnterpress.az xəbər verir ki, bu barədə NASA-nın mətbuat xidməti və Hyuston hava limanının rəhbərliyi məlumat yayıb.

ABŞ-ın Texas ştatının Hyuston şəhərindəki Ellinqton hava limanında NASA-ya məxsus təyyarə qəza enişi edib.

Məlumata görə, eniş zamanı hava gəmisinin şassiləri açılmadığı üçün o, “qarın üzərinə” (füzelyaj üzərinə) oturmalı olub.

Hyuston hava limanlarının aviasiya direktoru eniş prosesində texniki problemlərin yarandığını təsdiqləyib.

NASA-dan verilən rəsmi bəyanatda isə bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb və “heyət tam təhlükəsizlikdədir”.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az