Maduro ABŞ-də yox, Venesuelada mühakimə edilməlidir.
İnterpress.az xəbər verir ki, bu barədə Kolumbiya prezidenti Qustavo Petro bildirib.
Kolumbiya dövlət başçısı Venesuela lideri Nikolas Maduronun mühakimə olunma yeri ilə bağlı kəskin fikirlərini səsləndirib.
Petronun sözlərinə görə, Maduro ABŞ məhkəməsi tərəfindən deyil, öz ölkəsinin məhkəmə sistemi tərəfindən mühakimə edilməlidir.
Prezident bu mövqeyini sivilizasiya fərqləri ilə əsaslandırıb:
“Onu geri qaytarmalı və ABŞ məhkəməsində deyil, Venesuela məhkəməsində mühakimə etməlidirlər. Niyə? Çünki Latın Amerikası sivilizasiyası Anqlo-Sakson Avropa sivilizasiyasından fərqlidir”.
Xuraman Etibarlı
İnterpress.az






