ABŞ-də kiber təhlükəsizlik QALMAQALI: Agentlik rəhbəri məxfi sənədləri “ChatGPT”yə YÜKLƏDİbackend

ABŞ-də kiber təhlükəsizlik QALMAQALI: Agentlik rəhbəri məxfi sənədləri “ChatGPT”yə YÜKLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də agentlik rəhbəri məxfi sənədləri “ChatGPT”yə yükləyib.

İnterpress.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Rusiya və Çin hakerlərinə qarşı mübarizə də daxil olmaqla, ölkənin rəqəmsal müdafiəsinə cavabdeh olan ABŞ Kiber Təhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyinin (CISA) rəhbəri Madhu Qommumukkala konfidensial sənədləri “ChatGPT” süni intellekt çatına yükləyib.

Məlumata görə, hadisə 2025-ci ilin yayında baş verib.

Yüklənmiş məlumatlar arasında tam məxfi dövlət sirləri olmasa da, “yalnız xidməti istifadə üçün” (FOUO) qeydi olan sənədlər və materiallar yer alıb.

Bu addım kiber təhlükəsizliyə cavabdeh olan qurumun daxilində ciddi narahatlıq yaradıb.

CISA-nın tabe olduğu ABŞ Daxili Təhlükəsizlik Nazirliyi faktla bağlı dərhal araşdırmaya başlayıb. Təhqiqatın nəticələri hələlik ictimaiyyətə açıqlanmayıb.

Mütəxəssislər xəbərdarlıq edir ki, “ChatGPT” dialoqları ictimaiyyətə açıq olmasa da, “OpenAI” şirkətinin mütəxəssisləri süni intellektin təlimi məqsədilə arxivləşdirilmiş çatlara, hətta onlar silindikdən sonra belə daxil ola bilirlər. Bu isə dövlət əhəmiyyətli məlumatların kənar şəxslərin əlinə keçməsi riskini yaradır.

Xuraman Etibarlı

İnterpress.az