Rusiyada 14 yaşlı məktəbli hərbi komissarlığı yandırmaq istədiyi üçün 7 il həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiyanın Tver vilayətində 14 yaşlı yeniyetmə hərbi komissarlıq binasını yandırmağa cəhd etdiyi üçün 7 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham tərəfinin versiyasına görə, hadisə 2025-ci ilin may ayında baş verib.
Məlumata görə, yeniyetmə “Ukraynalı kurator”un tapşırığı ilə hərbi komissarlığın binasını əvvəlcədən müşahidə edib və hücum üçün üç ədəd yandırıcı maye ilə dolu butulka (“Molotov kokteyli”) hazırlayıb. Lakin o, cinayətini başa çatdıra bilməyib.
Yeniyetmə yanğını törətməyə macal tapmadan Rusiya İstintaq Komitəsi və Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları tərəfindən saxlanılıb.
Xuraman Etibarlı
İnterpress.az





