Uitkoff və Kuşner 1 fevralda Əbu-Dabidə keçiriləcək Ukrayna danışıqlarında iştirak etməyəcəklər.
İnterpress.az xəbər verir ki, bu barədə Marko Rubio məlumat yayıb.
Məlumata görə, StivUitkoff və Cared Kuşner fevralın 1-də Əbu-Dabidə keçiriləcək Ukrayna üzrə danışıqlarda iştirak etməyəcəklər.
Rubio bildirib ki, tərəflər bu həftə müzakirələri davam etdirəcəklər, lakin bu dəfə proses ikitərəfli formatda baş tutacaq.
Rubio həmçinin qeyd edib ki, ABŞ-nin danışıqlarda iştirakı mümkündür, lakin həmin nümayəndələr Stiv və Cared olmayacaq.
Görüş ikitərəfli olacaq – Rusiya və Ukrayna arasında.
Hazırda danışıqların hansı səviyyədə və kimlərin iştirakı ilə keçiriləcəyi diqqət mərkəzindədir.
Xuraman Etibarlı
İnterpress.az






