Qara dənizdə Rusiyanın Su-34 təyyarəsi vurulub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, Rusiyanın Su-34 qırıcı-bombardmançı təyyarəsi Qara dəniz üzərində, İlan adası yaxınlığında Ukraynaya məxsus “Patriot” zenit-raket kompleksi tərəfindən vurulub.
İlkin məlumatlara əsasən, təyyarənin heyət üzvləri hadisə nəticəsində həlak olublar.
Hərbi mənbələr təyyarənin İlan adası yaxınlığında uçuş tapşırığını yerinə yetirərkən hədəf alındığını bildirirlər.
Rəsmi qurumlar hələlik hadisə ilə bağlı geniş açıqlama verməyiblər.

Xuraman Etibarlı
İnterpress.az






