PKK liderindən Türkiyəyə ağır təhdid: “Böyük şəhərlərdə milyonlarla kürd yaşayır”
İnterpress.az xəbər verir ki, bu barədə PKK-ya yaxın media resursları məlumat yayıb.
Məlumata görə, ərazi nəzarətinin itirilməsi və xarici dəstəyin azalması PKK terror təşkilatının rəhbərliyində ciddi narahatlıq yaradıb.
Təşkilatın liderlərindən biri Mustafa Karasu Türkiyəyə qarşı kəskin bəyanatlarla çıxış edib. O, Ankaranı Suriya ordusunun hərbi əməliyyatlarında iştirakda ittiham edib və gələcəklə bağlı hədələr səsləndirib.
Karasu Türkiyənin böyük şəhərlərini hədəf alaraq birbaşa təhdid dolu ifadələr işlədib:
“Metropolislərdə 6–7 milyon kürd yaşayır. Bu, sosial reallıqdır. Türkiyə etdiklərinə görə peşman olacaq”.
O, Türkiyənin bölgədəki hərbi prosesləri idarə etdiyini iddia edərək, bu siyasətin rəsmi Ankara üçün gələcəkdə “baha başa gələcəyini” vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az






