Sankt-Peterburqda yeniyetmə qızın başına atəş açılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiyanın Sankt-Peterburq şəhərində “Akadem-Park” ticarət-əyləncə mərkəzinin yaxınlığında gənc qız silahlı hücuma məruz qalıb.
Hadisə axşam saat 18:00 radələrində baş verib. Zərərçəkmişin sözlərinə görə, o, qəfil kəskin ağrı hiss etməzdən əvvəl yaxınlıqda bir qrup yeniyetmə görüb və onlardan birinin əlində tapança olub.
Yaralıya ilk yardımı ticarət mərkəzinin mühafizəçiləri göstərib və dərhal təcili tibbi yardım çağırıblar.
Hadisə yerinə gələn polis əməkdaşları faktla bağlı araşdırmalara başlayıblar.
Məlumata görə, yeniyetmələr hadisə yerindən qaçsalar da, onların hərəkətləri ərazidəki müşahidə kameraları tərəfindən qeydə alınıb.
İlkin araşdırmalar nəticəsində silahın 15 yaşlı yeniyetmədə olduğu müəyyən edilib.
Bildirilir ki, həmin şəxs əvvəllər də hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb və polisə tanışdır.
Hazırda şübhəlinin saxlanılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






