Sosial şəbəkədə terroru təbliğ edən fələstinli imam SAXLANILDI – VİDEObackend

Sosial şəbəkədə terroru təbliğ edən fələstinli imam SAXLANILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xevronda terrora çağıran imam saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail Polisinin mətbuat xidməti məlumat yayıb.

İsrailin xüsusi təyinatlı “YASAM” bölməsinin döyüşçüləri gecə saatlarında Xevron şəhərində “HƏMAS” terror təşkilatı ilə əlaqəli olan və terror aktlarını təşviq etməkdə şübhəli bilinən din xadimini (imamı) saxlayıblar.

Əməliyyat İsrail Müdafiə Ordusunun (SAXAL) Mərkəzi Komandanlığının kəşfiyyat məlumatları əsasında həyata keçirilib.

İstintaq materiallarına görə, saxlanılan şəxs son aylarda sosial şəbəkələrdə İsrail dövlətinin məhv edilməsinə çağırışlar edib və terror aktlarını dəstəkləyən paylaşımlar yayıb.

O, həmçinin “Dəmir qılınclar” əməliyyatı zamanı SAXAL tərəfindən zərərsizləşdirilən “HƏMAS” nümayəndəsi Ubeydanı tərifləyərək, onun ölümünü “şəhidlik” kimi qələmə verib.

Təxminən 30 yaşlarında olan Xevron sakini bölgənin təhlükəsizliyini pozmaqda, terror təşkilatına həmrəylik göstərməkdə və terroru dəstəkləməkdə ittiham olunur.

O, dindirilmək üçün polis bölməsinə təhvil verilib, barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq tədbirləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az