Məhəşqalada Quran müəllimi 12 yaşlı şagirdini kəmərlə döydüyü üçün saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Dağıstanın paytaxtı Mahaçqala şəhərində 35 yaşlı Quran müəllimi azyaşlıya işgəncə verməkdə şübhəli bilinərək saxlanılıb.
Hadisəyə səbəb müəllimin şagirdlərin onu təhqir etməsinə görə onlardan qisas almaq qərarı olub.
İstintaqın məlumatına görə, 23 yanvarda müəllim uşaqları mənzilə apararaq orada 12 yaşlı oğlanı kəmərlə bir neçə dəfə vurub.
Polis əməkdaşları şübhəli şəxsi saxlayaraq bölməyə aparıblar.
Faktla bağlı uşağa işgəncə verilməsi maddəsi ilə cinayət işi başlanılıb.

Xuraman Etibarlı
İnterpress.az






