ABŞ nüvə təhlükəsizliyi qaydalarını gizlicə DƏYİŞİB: 750 səhifəlik İXTİSARbackend

ABŞ nüvə təhlükəsizliyi qaydalarını gizlicə DƏYİŞİB: 750 səhifəlik İXTİSAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ nüvə təhlükəsizliyi qaydalarını gizlicə dəyişib.

İnterpress.az xəbər verir ki, bu barədə “NPR” radiostansiyası məlumat yayıb.

Tramp administrasiyası nüvə təhlükəsizliyinə dair bir sıra direktivləri gizli şəkildə yenidən nəzərdən keçirib.

Yeni qaydalar geniş ictimaiyyət üçün dərc edilməsə də, artıq tənzimlənən şirkətlərə ötürülüb.

Məlumata görə, bu dəyişikliklər ABŞ Energetika Nazirliyi tərəfindən yeni nəsil nüvə reaktorlarının hazırlanmasını sürətləndirmək məqsədilə edilib.

Hazırda nazirlik cari ilin 4 iyul tarixinə qədər işə salınması planlaşdırılan ən azı üç yeni eksperimental kommersiya reaktorunun tikintisinə nəzarət edir.

Yenidən baxılma prosesi reaktorların istismarının demək olar ki, bütün aspektlərini – təhlükəsizlik sistemlərini, ətraf mühitin mühafizəsini, ərazinin müdafiəsini və qəzaların araşdırılmasını əhatə edib.

NPR-in apardığı təhlil göstərir ki, sənədlərin əvvəlki versiyalarından 750-dən çox səhifə silinib.

Xuraman Etibarlı

İnterpress.az