Peskov Ukrayna danışıqları üçün yer axtarışını “yersiz” ADLANDIRDIbackend

Peskov Ukrayna danışıqları üçün yer axtarışını “yersiz” ADLANDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zelenskiy ilə Moskvada danışıqlardan söhbət gedir, başqa yer axtarmaq yersizdir.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Rusiya tərəfi hələlik Ukrayna prezidenti Volodimir Zelenski ilə Moskvada aparıla biləcək danışıqlardan bəhs edir.

Dmitri Peskov bildirib ki, görüş üçün digər yerlərin müzakirə olunması hazırda “yersizdir”.

O qeyd edib ki, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Ukrayna böhranı ilə bağlı aparılan danışıqlar bir-birinin davamı deyil və mahiyyət etibarilə fərqlidirlər.

Qeyd edək ki, Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqlar yanvarın 23-24-də Əmirliklərin paytaxtı Əbu-Dabidə keçirilib.

Media məlumatlarına görə, danışıqların növbəti raundu fevralın 1-də elə həmin şəhərdə baş tutacaq.

ABŞ Dövlət katibi Marko Rubio isə daha əvvəl bildirib ki, bu görüşlər Stiv Vitkoff və Cared Kuşnerin iştirakı olmadan keçiriləcək.

Xuraman Etibarlı

İnterpress.az