Simonyan Kopırkinlə GÖRÜŞDÜ – Moskva səfəri MÜZAKİRƏ EDİLDİbackend

Simonyan Kopırkinlə GÖRÜŞDÜ – Moskva səfəri MÜZAKİRƏ EDİLDİ 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin sədri Rusiya səfiri ilə görüşüb.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkini qəbul edib.

Görüş zamanı tərəflər iki ölkə arasındakı ikitərəfli əlaqələri, həmçinin parlamentlərarası münasibətləri müzakirə ediblər.

Bundan əlavə, tərəflər Alen Simonyanın 5–6 fevral tarixlərində Rusiyaya planlaşdırılan rəsmi səfəri ilə bağlı gündəlikdə duran məsələlərə toxunublar.

Səfər çərçivəsində Moskvada keçiriləcək yüksək səviyyəli görüşlərin detalları ətrafında fikir mübadiləsi aparılıb.

Xuraman Etibarlı

İnterpress.az