Birmingemdə QALMAQAL: Keçmiş terrorçu parlamentə NAMİZƏD OLDU – FOTObackend

Birmingemdə QALMAQAL: Keçmiş terrorçu parlamentə NAMİZƏD OLDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birmingemdə terrorçuluqda ittiham olunmuş şəxs parlamentə namizədliyini irəli sürüb.

İnterpress.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

Böyük Britaniyanın Birmingem şəhərində vaxtilə bir sıra terror aktları planlaşdırdığına görə məhkum edilmiş Pakistan mənşəli Şahid Battın parlament seçkilərinə namizədliyi qeydə alınıb.

Məlumata görə, Şahid Batt gənclik illərində terror qruplaşması təşkil edərək Yəməndəki Britaniya konsulluğunu, bir ingilis kilsəsini və oteli partlatmağa cəhd göstərib.

Keçmişinə görə cəza çəkmiş Batt hazırda Pakistan diasporunun dəstəyi ilə “hörmətli” siyasətçi imici qazanıb.

Bildirilir ki, o, artıq keçmiş fəaliyyəti barədə danışmağı sevməsə də, onun namizədliyi ictimaiyyət arasında ciddi müzakirələrə və narazılığa səbəb olub.

Xuraman Etibarlı

İnterpress.az