P. Diddi Tupak Şakuru öldürdüyünü etiraf edib.
İnterpress.az xəbər verir ki, bu barədə “New York Post” nəşri məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Məşhur amerikalı repçi P. Diddi (Sean Combs) əfsanəvi musiqiçi Tupak Şakuru (2Pac) öldürdüyünü etiraf edib. Bu iddia repçiyə qarşı açılmış məhkəmə işinin materiallarında yer alıb.
P. Diddiyə qarşı iddia qaldıran Stiv Otis adlı şəxs bildirib ki, 2012-ci ildə o, kişi eskort xidmətində çalışarkən repçi onu narkotik maddələrlə uyuşduraraq cinsi zorakılığa məruz qoyub.
Otisin sözlərinə görə, hadisədən sonra P. Diddi baş verənlər barədə susması üçün onu hədələyib.
İddiaçı qeyd edir ki, repçi ona xəbərdarlıq edərək: “Əgər mən Tupakı aradan götürə bildimsə, sənin başına nələr gələ biləcəyini düşünürsən?”, – deyə hədə-qorxu gəlib.
Bu ifadə onilliklərdir sirr qalan Tupak qətlinin arxasında P. Diddinin dayandığına dair iddiaları yenidən alovlandırıb.

Xuraman Etibarlı
İnterpress.az






