18 yaşlı qız Krasnoyarskda yeniyetmənin qaçırılması ilə bağlı dələduzluqda ittiham olunur.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiyanın Krasnoyarsk şəhərində yeniyetmənin qaçırılması ilə bağlı qurulan mürəkkəb fırıldaqçılıq sxemində iştirak edən 18 yaşlı qıza qarşı dələduzluq ittihamı irəli sürülüb.
İstintaqın versiyasına görə, o, cinayətkar qrupla əlbir olaraq Surqutdan Krasnoyarska gəlib.
Təqsirləndirilən şəxs yeniyetmə ilə görüşərək onunla birlikdə dörd seyfi sındırıb, oradakı pulları oğurlayaraq kuryerə təhvil verib.
Cinayəti törətdikdən sonra qız və yeniyetmə onlar üçün əvvəlcədən kirayələnmiş mənzilə gedərək orada növbəti göstərişləri gözləyiblər.
Maraqlıdır ki, 18 yaşlı qız günahını boynuna almır və özünün də fırıldaqçıların qurbanına çevrildiyini iddia edir. Lakin istintaq müəyyən edib ki, o, oğurlanmış milyonlarla rubl vəsaitdən 31 min rublu (təxminən 700 manat) özünə götürüb.
Hazırda faktla bağlı genişmiqyaslı araşdırma davam edir.
Xuraman Etibarlı
İnterpress.az






