“Onlar insan yeyirdilər” – Epşteynin gizli sənədlərində TÜKÜRPƏDİCİ FAKTLAR – VİDEObackend

“Onlar insan yeyirdilər” – Epşteynin gizli sənədlərində TÜKÜRPƏDİCİ FAKTLAR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Epşteynin işindən şok detalları özündə əks etdirən yeni sənədlər internetə sızıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici kütləvi informasiya vasitələri və internet resursları məlumat yayıb.

Məşhur maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı internetdə yeni və dəhşətli ittihamların yer aldığı materiallar peyda olub.

Sızan sənədlərdə işgəncə, qurbanvermə mərasimləri və zorakılıq halları barədə tükürpədici detallar öz əksini tapıb.

Xüsusilə, meksikalı model Qabriella Riko Ximenes ilə bağlı insident geniş müzakirələrə səbəb olub.

İddia olunur ki, model Epşteynin məclislərinin birindən paltarı cırıq halda qaçaraq “Onlar insanları yeyirdilər!” deyə qışqırıb.

Bu hadisədən sonra qadının bir daha görülmədiyi və itkin düşdüyü bildirilir.

Materiallarda milyarderin şəxsi adasına səfər edən bir çox tanınmış simaların, o cümlədən Bill Klinton, Bill Qeyts, Demokratlar Partiyasının nümayəndələri və Donald Tramp administrasiyasının rəsmilərinin adları hallanır.

Sənədlər qlobal maliyyə və siyasi elitada yeni bir qalmaqal dalğası yaradıb.

Xuraman Etibarlı

İnterpress.az