Macarıstan Rusiya qazına görə Avropa İttifaqını MƏHKƏMƏYƏ VERDİbackend

Macarıstan Rusiya qazına görə Avropa İttifaqını MƏHKƏMƏYƏ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan Aİ-yə qarşı məhkəmə iddiası qaldırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib.

Macarıstan hökuməti Avropa İttifaqının Rusiyadan enerji daşıyıcılarının tədarükünə qoyduğu qadağaya qarşı Aİ Məhkəməsində iddia qaldırıb.

Peter Siyarto bildirib ki, rəsmi Budapeşt bu qərarla öz enerji təhlükəsizliyini təmin etmək məqsədi güdür.

Qeyd edək ki, Avropa İttifaqı Şurasının qərarına əsasən, Rusiyadan qaz tədarükünə tam və məhdudiyyətsiz qadağa qoyan müddəa qüvvəyə minib.

Bu qərar 2027-ci ilin sonuna qədər Rusiyadan bütün növ qaz idxalının tamamilə dayandırılmasını nəzərdə tutur.

Macarıstan isə bu qadağanın ləğv edilməsi üçün hüquqi müstəvidə mübarizə aparacağını bəyan edib.

Xuraman Etibarlı

İnterpress.az