Sibirin dondurucu şaxtasında rekord qırmaq istəyən idmançı HƏLAK OLDUbackend

Sibirin dondurucu şaxtasında rekord qırmaq istəyən idmançı HƏLAK OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sibir şaxtasında rekord qırmaq istəyən polşalı ekstremal həlak olub.

İnterpress.az xəbər verir ki, bu barədə Yakutiya üzrə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Polşalı ekstremal idmançı Adam Boreyko Şərqi Sibirdə təkbaşına həyata keçirdiyi veloyürüş zamanı həlak olub.

O, Yakutiya ərazisində təxminən 900 kilometrlik məsafəni qət etməyi planlaşdırsa da, marşrutun tən ortasında yerləşən Xandıqa qəsəbəsindəki mehmanxanaların birində ölü tapılıb. Nazirlik idmançının ölüm səbəbini hələlik açıqlamayıb.

Boreyko yanvarın 25-də Yakutskdan start götürərək planetin ən soyuq yaşayış məskənlərindən biri hesab olunan Oymyakon kəndinə doğru yola düşmüşdü.

Veloyürüşün başladığı gün bölgədə temperatur mənfi 35 dərəcəyə qədər enmişdi. İdmançı öz “Instagram” hesabında mütəmadi olaraq hazırlıq prosesi və yol şəraiti barədə paylaşımlar edirdi.

Şərqi Sibirin kəskin soyuğu hər il dünyanın müxtəlif ölkələrindən olan ekstremalları özünə cəlb edir.

Oymyakon kəndi rekord şaxtaları ilə məşhurdur. Belə ki, 1933-cü ildə orada mənfi 67 dərəcə temperatur qeydə alınıb.

Xuraman Etibarlı

İnterpress.az