Hindistan Rusiya neftindən imtina etməyə və ABŞ-dən 500 milyard dollarlıq mal almağa razılaşıb.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığından sonra məlumat yayıb.
Trampın sözlərinə görə, Hindistan Rusiya neftini almağı dayandırmağa və bunun əvəzinə ABŞ-dən, həmçinin bəlkə də Venesueladan xeyli çox neft almağa razılıq verib.
Bununla yanaşı, Hindistan ABŞ mənşəli malların satın alınmasını xeyli artıraraq 500 milyard dollardan (təxminən 850 milyard manat) çox məbləğdə ticarət öhdəliyi götürüb.
Donald Tramp qeyd edib ki, bu razılaşma iki ölkə arasındakı iqtisadi əlaqələri yeni mərhələyə daşıyacaq və ABŞ iqtisadiyyatına böyük töhfə verəcək.
Xuraman Etibarlı
İnterpress.az






