Özəl bağçada dəm qazı FACİƏSİ: 5 uşaq xəstəxanaya YERLƏŞDİRİLDİbackend

Özəl bağçada dəm qazı FACİƏSİ: 5 uşaq xəstəxanaya YERLƏŞDİRİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstanda uşaq bağçasında 5 uşaq dəm qazından zəhərlənib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Hadisə Dağıstanın Paraul kəndində yerləşən özəl uşaq bağçalarından birində baş verib.

Məlumata görə, 5 azyaşlı uşaq dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara əsasən, hadisəyə səbəb qızdırıcı sistemdə yaranan nasazlıq olub.

Hazırda zərərçəkmiş uşaqlara lazımi tibbi yardım göstərilir.

Hüquq-mühafizə orqanları özəl uşaq bağçasında təhlükəsizlik qaydalarına əməl olunub-olunmamasını araşdırır.

Xuraman Etibarlı

İnterpress.az