Dünyada ilk: Evtanaziya edilən şəxsin üzü başqasına köçürüldübackend

Dünyada ilk: Evtanaziya edilən şəxsin üzü başqasına köçürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyada evtanaziya edilmiş donordan üz nəqli əməliyyatı keçirilib.

İnterpress.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

İspaniyanın “Vall d’Hebron” xəstəxanası dünyada ilk dəfə evtanaziya edilmiş donordan qismən üz nəqli əməliyyatını həyata keçirib.

Məlumata görə, donora evtanaziya tətbiq olunmasına rəsmən icazə verilib və o, yalnız orqan və toxumalarını bağışlamaqla kifayətlənməyərək, üzünün də transplantasiya edilməsini təklif edib.

Üz nəqli edilən qadın pasient bakterial infeksiya nəticəsində yaranan toxuma nekrozu səbəbindən üzünün mərkəzi hissəsini itirmişdi. Təxminən 100 mütəxəssisin iştirak etdiyi mürəkkəb əməliyyat damar-sinir mikrocərrahiyyəsi üsulları ilə icra olunub.

Əməliyyatdan sonra pasient bir aya yaxın stasionar şəraitdə nəzarətdə saxlanılıb. Hazırda o, həyati funksiyaların, mimikaların və nitqin bərpasına yönəlmiş uzunmüddətli reabilitasiya mərhələsindən keçir.

Xuraman Etibarlı

İnterpress.az