Qahirədə yanacaqdoldurma məntəqəsi və mağazalar 15 metrlik çuxura düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Misirin paytaxtı Qahirə şəhərində tikinti zamanı təhlükəsizlik qaydalarının pozulması ağır qəzaya səbəb olub.
İnşaatçıların ərazidə istinad divarı qurmaması nəticəsində yanacaqdoldurma məntəqəsi və iki mağaza binası torpaqla birgə 15 metr dərinliyindəki qazılmış çuxura (kotlovana) yuvarlanıb.
Məlumata görə, binalar çuxura aşan zaman daxildə olan iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Ərazidə olan avtomobil sürücüləri isə hadisəni vaxtında fərq edərək uzaqlaşa biliblər ki, bu da daha böyük faciənin qarşısını alıb.
Faktla bağlı araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az






