Şırnak gömrüyündə ayaqqabıların içindən 41 kiloqram qızıl çıxıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Türkiyənin Şırnak şəhərində yerləşən Habur gömrük keçid məntəqəsində həyata keçirilən əməliyyat zamanı qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda qızıl ələ keçirilib.
Gömrük əməkdaşları tərəfindən aparılan axtarışlar zamanı ayaqqabıların içərisində xüsusi üsulla gizlədilmiş 41 kiloqram qızıl aşkar edilib.
Məlumata görə, ələ keçirilən qızılın bazar dəyəri təxminən 292 072 896 türk lirəsi (təxminən 14 603 645 manat) təşkil edir.
Faktla bağlı araşdırma başlanılıb və qaçaqmalçılıqda şübhəli bilinən şəxslər saxlanılıb.

Xuraman Etibarlı
İnterpress.az






