Rusiya ABŞ-nin Qrenlandiyada silahlanmasına qarşı adekvat hərbi cavab verəcəyini bəyan edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Rusiya Federasiyası ABŞ-nin Qrenlandiyanı silahla təmin etməsinə qarşı adekvat hərbi-texniki cavab verməyə hazırdır.
Sergey Ryabkovun sözlərinə görə, Vaşinqtonun bu addımları regionda gərginliyi artırır və Rusiya buna səssiz qalmayacaq.
O vurğulayıb ki, ABŞ-nin Qrenlandiyadakı hərbi gücünü artırması Rusiyanın milli təhlükəsizlik maraqlarına təhdid kimi qiymətləndirilir.
Rusiya tərəfi vəziyyətin inkişafından asılı olaraq müvafiq hərbi və texniki tədbirlər görməyə tam hazırdır.
Xuraman Etibarlı
İnterpress.az






