Krasnoyarskda məktəbli qızın müəllimə HÜCUMU: Şagirdlərdən biri YARALANDIbackend

Krasnoyarskda məktəbli qızın müəllimə HÜCUMU: Şagirdlərdən biri YARALANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krasnoyarskda 7-ci sinif şagirdi müəlliminə bıçaqla hücum edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.

Rusiyanın Krasnoyarsk diyarının Kodinsk şəhərində yerləşən 4 nömrəli orta məktəbdə qanlı insident baş verib.

7-ci sinifdə təhsil alan məktəbli qız müəlliminə bıçaqla hücum etməyə cəhd göstərib.

Məlumata görə, hadisəyə şagirdlə pedaqoq arasında yaranan münaqişə səbəb olub.

Lakin sinifdəki digər şagirdlər vaxtında müdaxilə edərək qızın müəllimə xəsarət yetirməsinin qarşısını alıblar.

Bu zaman hiddətlənən şagird bıçaqla digər bir məktəbli yoldaşını yaralayıb. Yaralı şagirdə hadisə yerində dərhal tibbi yardım göstərilib.

Silahlı məktəbli saxlanılaraq polis bölməsinə aparılıb. Hazırda faktla bağlı cinayət işləri başlanılıb, araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az