Heykəl adı ilə bəyan edilən yükün altından 5 milyon manatlıq meteorit ÇIXDI – FOTObackend

Heykəl adı ilə bəyan edilən yükün altından 5 milyon manatlıq meteorit ÇIXDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyadan Britaniyaya ən məşhur meteoritlərdən birini qaçaqmalçılıq yolu ilə aparmaq cəhdi edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Sankt-Peterburq limanında planlı yoxlama zamanı gömrük əməkdaşları Böyük Britaniyaya göndərilən konteynerdə maraqlı tapıntı aşkar ediblər.

Sənədlərdə çəkisi iki tondan çox olan “landşaft dizaynı üçün heykəl” kimi bəyan edilən yük şübhə doğurduğu üçün ekspertizaya göndərilib.

Ekspertiza nəticəsində məlum olub ki, bu, incəsənət obyekti deyil, dəyəri təxminən 323 milyon rubl (təxminən 5 814 000 manat) olan məşhur “Aletai” dəmir meteoritinin nəhəng parçasıdır.

Bu, Yer kürəsində tapılan ən böyük dəmir meteoritlərdən biri hesab olunur.

Alimlərin fikrincə, sözügedən obyekt 4,5 milyard il əvvəl parçalanmış qədim protoplanetin və ya nəhəng asteroidin qalığı ola bilər.

Məlumata görə, meteorit əvvəlcə Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrindən birindən Rusiyaya gətirilib, oradan isə gizli yolla Böyük Britaniyaya göndərilməsinə cəhd edilib.

Faktla bağlı strateji əhəmiyyətli malların və mədəni dəyərlərin qaçaqmalçılığı maddəsi ilə cinayət işi başlanılıb.

Bu maddə üzrə müqəssir şəxsi üç ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xuraman Etibarlı

İnterpress.az