Ağ Evdən Trampa qeyri-adi TƏBRİK: “Mən qurban idim, indi isə ovçuyam” – FOTObackend

Ağ Evdən Trampa qeyri-adi TƏBRİK: “Mən qurban idim, indi isə ovçuyam” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Ev Trampın maraqlı sözləri ilə təbrik yayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ağ Evin rəsmi sosial şəbəkə hesabında məlumat yayılıb.

ABŞ administrasiyası ölkə lideri Donald Trampı “Prezidentlər Günü” münasibətilə maraqlı bir paylaşımla təbrik edib.

Paylaşımda müəllifliyi Trampa aid edilən “Mən qurban idim, indi isə ovçuyam” sitatı yer alıb.

Sitatın üzərində “Time” jurnalının noyabr sayının üz qabığı yerləşdirilib.

Həmin fotoda Amerika lideri Oval kabinetdə, iş masası arxasında təsvir olunub.

Bu paylaşım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Xuraman Etibarlı

İnterpress.az