İtaliya İran səfirini XİN-ə ÇAĞIRDI – Diplomatik QALMAQALbackend

İtaliya İran səfirini XİN-ə ÇAĞIRDI – Diplomatik QALMAQAL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya İran səfirini XİN-ə çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tajani “X” (Twitter) hesabında məlumat yayıb.

İtaliya hökuməti İranın bu ölkədəki səfirini izahat vermək üçün Xarici İşlər Nazirliyinə çağırıb.

Buna səbəb İran parlamentinin deputatı Moctaba Zareinin iclas zamanı Avropa liderlərinin, xüsusən də İtaliya Prezidenti Sercio Mattarellanın portretlərini nümayişkaranə şəkildə cırması olub.

Nazir Antonio Tajani qeyd edib ki, İranın Romadakı səfiri baş vermiş insidentin təfərrüatlarını aydınlaşdırmaq və rəsmi izahat vermək üçün nazirliyə dəvət edilib.

İtaliya tərəfi deputatın bu hərəkətini dövlət rəmzlərinə və liderlərinə qarşı hörmətsizlik kimi qiymətləndirib.

Xatırladaq ki, iranlı deputatın bu hərəkəti parlament iclasında digər Avropa liderlərinin də fotolarına qarşı törədilib.

Xuraman Etibarlı

İnterpress.az