Aİ-dən Kiyevə ULTİMATUM: “Dostluq” kəməri təmir olunmalıdırbackend

Aİ-dən Kiyevə ULTİMATUM: “Dostluq” kəməri təmir olunmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ Ukraynadan “Dostluq” kəmərini bərpa etməyi tələb edir.

İnterpress.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Avropa Komissiyası Rusiya neftinin Slovakiya və Macarıstana tranzitini yenidən təmin etmək məqsədilə Ukraynadan “Dostluq” (“Drujba”) boru kəmərini bərpa etməyi tələb edib.

Məlumata görə, Avropa Komissiyası yanvar ayında Rusiyanın hücumu nəticəsində zədələnən və tranzitin dayanmasına səbəb olan kəmərin təmiri üçün Kiyevdən dəqiq qrafik gözləyir.

Slovakiya Baş naziri Robert Fiso və Macarıstanın xarici işlər naziri Peter Siyarto isə rəsmi Kiyevi təmir işlərini siyasi motivlərlə bilərəkdən yubatmaqda günahlandırırlar.

Bildirilir ki, Slovakiya və Macarıstan tədarükü Xorvatiya üzərindən həyata keçirməyə çalışsalar da, Zaqreb Ukrayna ilə həmrəylik səbəbindən bu təklifi rədd edib.

Xuraman Etibarlı

İnterpress.az